Oğuzda üç gün əvvəl övladına toy etmiş kişi özünü asdı

Oğuz rayonunun Böyük Söyüdlü kəndində intihar hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimov yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, 51 yaşlı C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edibmiş.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version