Cəmiyyət

O qızı hansı cəza gözləyir?

psixoloqlar, ərazi üzrə polis idarələrinin uşaqlarla iş üzrə inspektorları tərbiyəvi, hüquqi tədbirlər, seminarlar keçirməli və uşaqlara bu cür cinayətlərdən çəkindirməli və məsuliyyətlərini izah etməlidirlər. Bundan başqa Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu cür tədbirlərin mütəmadiliyini  Elm və Təhsil Nazirliyi ilə birgə icrasını təmin etməlidir. Amma bütün bunlarla yanaşı, hər bir uşaq ailənin güzgüsüdür. Uşaqlarn tərbiyə və şəxsiyyət olaraq formalaşmasında deyərdim elə ən əsas məsuliyyəti və vəzifəni də valideynlər daşıyır. Valideynlər uşaqlarının tərbiyəsinə düzgün riayət etməsələr uşaqlarının şəxsiyyət kimi formalaşmasını da təmin edə

bilməyəcəklər”.

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva hesab edir ki, bullinqə məruz qalmış qızın videosunun yayılması onda həm fiziki, həm də psixoloji travmalar yarada bilər. Bu kimi hadisələrin tez-tez təkrarlandığını bildirən psixoloq texnologiyaların inkişafının və sosial şəbəkələrin qlobal səviyyədə istifadəsinin neqativ hallarla bağlı informasiyaların sürətlə yayılmasına şərait yaratdığını deyib: “Bu gün yeniyetmə şagirdlər və gənclər arasında aqressiv davranışların və bunun yaratdığı fəsadların nəticələri artmaqdadır. Aparılan araşdırmalar və müşahidələr deyir ki, öz sinif yoldaşına qarşı aqressiv davranış və şiddət göstərən şagirdlərin bir qayda olaraq ailə daxilində normal münasibət görməməsi, ailədaxili münaqişələr, şiddətin yaratdığı psixoloji çətinliklər, aqressiya, stress özünü biruzə verir və bu aqressiyanı məhz öz yaxın dostları, sinif yoldaşlarına nümayiş etdirirlər. Bundan savayı televiziya, internet vasitələri, sosial şəbəkələrdə zamanın çox keçirilməsi, orda şagirdlərə faydalı olmayan müxtəlif məlumatlar, videolar, fotolar və digər vasitələrdən istifadə zaman keçdikcə həmin şagirdlərin psixologiyasına təsir edir, aqressiv davranışlar sərgiləməsinə gətirib çıxarır”.

T.Paşayeva vurğulayıb ki, bu kimi davranışlarla qarşılaşan yeniyetmələr üzləşdikləri halların fəsadlarını gələcək həyatlarında hiss edirlər: “Onlarda baş verənlərdən dolayı cəmiyyətə qarşı fərqli fikir və münasibətlər formalaşır, hər kəsdən bir təhlükə gözləyə bilir, heç kimə etibar etmir, başqa sözlə özünü cəmiyyətdən təcrid edir. Bununla yanaşı həmin şəxslərdə stres, aqressiya, qorxu,  həyəcan-təşviş pozuntuları müşahidə oluna bilir”.

Psixoloq əlavə edib ki, qeyd edilən davranışı sərgiləyən yeniyetmələr, eləcə də zərərçəkmiş şəxslər sistemli və uzunmüddətli psixoloji dəstək almalıdır.

Yeniyetmənin ittiham edildiyi maddə üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.