Nümunəvi nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaşları qəbul etdi.

Cənab prezidentin göstərişinə uyğun olaraq,DİN-gener polkovnik Vilayət Eyvazov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Nazir ilk öncə rayon icra hakimiyyətinin başçısı və polis şöbəsinin rəisi ilə birlikdə Ulu öndər HEYDƏR ƏLİYEVİN abidəsini ziyarət etdi.

Nazirin bu qəbulu bölgədə, xüsusilə Cəlilabad rayonunda şəffaf və qərəzsiz bir görüş oldu.

Vilayət müəllim! qəbul etdiyi şəhid ailələrinin, qazilərimizin, müharibə veteranlarımızın və sadə kasıb kütlənin problemlərilə tanış olmuş,nazirin göstərişi ilə bəzi şikayətlər yerindəcə həll olunmuş, digər problemlərin aidiyyəti üzrə həll olunmasını vurgulayıb.

Vətəndaşların diliylə desək çox səmimi və gözəl insandır,hər bir şikayətçini yüksək səviyyədə qəbul edib.

Biz də öz növbəmizdə,cənab nazirimizə bu səmimiyyətinə görə, yüksək səviyyədə görüş təşkil etdiyinə görə dərin təşəkkürümüzü bildiririk.

 

“Obyektivtv.az”informasiya agentliyi.

Exit mobile version