Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında bildirib ki, ermənilərin qanunsuz daşımalarına son qoymaq üçün Laçın yolunun Ermənistanla sərhəddə başlayan hissəsində nəzarət-keçid məntəqəsinin qurulmasına ehtiyac var.
“Ermənistan sərhədində nəzarət-keçid məntəqəsinin yaradılması ilə bağlı addım atılmalıdır. Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsinin əsas məqsədi bölgədə təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizliyin təmin edilməsi isə heç də hansısa dövlətin sərhəd funksiyalarının icra olunması demək deyil. Dünyada bir neçə yerdə sülhməramlı əməliyyatlar keçirilib. Amma həmin sülhməramlılar sərhəd funksiyaları həyata keçirməyiblər”.
Sabiq nazir hesab edir ki, Azərbaycan tərəfi sərhəddə nəzarət-keçid məntəqəsinin yaradılmasına doğru daha bir addım atıb