Nar bağında görülən bu işlər nəticəsində Cəlilabad sakinlərinin, əhalinin ödədiyi vergilər hesabına şəhərimizin daha bir gözəl və müasir parkı ərsəyə gəlir.
Bu gözəllikdə rayon rəhbərliyinin, Cəlilabad Bələdiyyəsinin və aidiyyəti qurumların xidmətini qeyd etmək və təşəkkür etmək lazımdır.
Amma bir məqamı da unutmaq olmaz: hər bir gözəlliyin, hər bir quruculuğun arxasında zəhmət dayanır. Cəlilabad Kommunal Müəssisələri Kombinatının zəhmətkeş işçiləri saat və vaxt bilmədən, bayram, istirahət demədən şəhərin təmizliyi, abadlığı və quruculuğu üçün çalışırlar.
Gəlin, onların əməyinə də haqq etdiyi qiyməti verək. Çünki kommunal işçilər bir neçə gün belə küçələrə, yollara çıxmasalar, şəhərin və ətraf ərazilərin nə vəziyyətə düşəcəyini hər birimiz təsəvvür edə bilərik.
Üstəlik, zibil poliqonunun artıq dolduğu bir vaxtda bu işçilərin fəaliyyəti şəhərin təmizliyi üçün xüsusilə böyük əhəmiyyət daşıyır.
Zəhmət olmayan yerdə quruculuq da, abadlıq da, gözəllik də olmaz.
Bu gözəl parkın ərsəyə gəlməsində əməyi olan hər kəsə — başda rayon rəhbərliyi olmaqla, Cəlilabad Bələdiyyəsinə, Cəlilabad şəhər icra nümayəndəliyinə, Cəlilabad Kommunal Müəssisələri Kombinatının rəhbərliyinə və fədakar işçilərinə təşəkkür edirik.
Gəlin diqqət və qayğıya,əməyə hörmət edək, zəhmətə dəyər verək,və rayonumuzu daha gözl görünməsi üçün görülən yaxşı işləri birlikdə qiymətləndirək.

















