Masallı rayonu ərazisindəki meşə dolayından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan sellofan torbaya bükülmüş 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Obyektivtv.az