Vətəndaş müraciəti əsasında hazırladığımız bu yazıda Masallı yol polisinin vətəndaşları incitməsindən söz açacağıq.
44BG444 nömrəli avtomobilin sahibi qeyd edir ki, “avtomobilim ilə hərəkətdə olarkən hiss etdim ki avtomobilin qapısı açıq qalıb yəni tam bağlanmayıb bu zaman qapını açıb yenidən bağladım.
Bu anı görən yol polis inspektoru mənim şəkilimi çəkərək mənə cərimə tərtib etdiyini əli ilə işarə edərək getdi.”
Vətəndaşın reaksiyamıza göndərdiyi şəkildən aydın olur ki, vətəndaş avtomobilin içində oturub və qapı yarım açıq vəziyyətdədir.
Vətəndaş onuda qeyd edir ki, yol polisi inspektoru onunla daha əvvəldə mübahisə edib və ona qarşı kin saxlayır.
Məhz o səbəbdəndir ki ona qanunsuz olsa belə cərimə yazıb.
Onuda qeyd edək ki, vətəndaşın “SMS radar” sistemində olan hesabına yönəlmiş cəriməyə aid şəkillərdə yolun kənarında və yerdə hər hansı bir qadağanedici işarə görünmür.
Və yolun hər iki tərəfində avtomobillər park olunmuş halda dayanıb.
Ümid edir ki, vətəndaşın redaksiyamıza ünvanladığı şikayətə Daxili İşlər Nazirliyi münasibət bildirəcək TarTv.Az
