Məcburi Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB hansı qanunla işləyir?

 

MƏCBURİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN RƏHBƏRLİYİNƏTƏBİB (TƏBİB – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) RƏHBƏRLİYİNƏ.

 

Ölkədə Məcburi Tibbi Sığorta sisteminin tətbiq edilməsində əsasn məqsəd vətəndaşın vaxtında, keyfiyyətli və maneəsiz tibbi xidmət almasını təmin etməkdir.

 

Lakin Cəlilabad və Lənkəran rayonlarında qarşılaşdığımız bürokratik özbaşınalıq və laqeydlik vətəndaşın sağlamlığını və həyatını birbaşa təhlükə altına atır.

 

Vətəndaş kəskin mədə ağrısı diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Müayinə-Diaqnostika şöbəsinə müraciət edərək ezofaqoqastroduodenoskopiya (xalq arasında “zond” müayinəsi) olunmaq istədiyini bildirmişdir.

 

Nəticədə,cavab olaraq bildirilib ki, Cəlilabadda bu xidmətin olmadığı üçün, Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına müraciət etməli olduğumu bildirdilər.

 

Ancaq Lənkərana müraciət etdikdə aidiyyəti həkimin məzuniyyətdə/məcburiyyətdə olduğu və tam 1 ay sonra gələcəyi bildirildi.

 

Məcburi Tibbi Sığortanın xidmətlər zərfinə və qanunvericiliyin tələblərinə əsasən, dövlət tibb müəssisəsində müvafiq mütəxəssis və ya avadanlıq yoxdursa, vətəndaşa yaxınlıqda olan rayon xəstəxanalarında və ya özəl tib mərkəzinə GÖNDƏRİŞ verilməli və o, sığorta hesabına müqaviləli özəl klinikaya yönləndirilməlidir.

 

Lakin Lənkərandakı həkim və icbari tibbi sığorta əməkdaşları açıq şəkildə “Heç bir yerə göndəriş verməyəcəyik, 1 ay gözləyin” deyərək vətəndaşı taleyin öhdəsinə buraxıblar.

 

Kəskin ağrısı olan, mədə xəstəliyindən əziyyət çəkən vətəndaş 1 ay gözləməlidir? Bu müddətdə xəstənin vəziyyəti ağırlaşsa və ya həyatını itirsə, bunun məsuliyyətini kim daşıyacaq?

 

Ən acınacaqlısı isə sığortanın Qaynar Xəttinə edilən müraciətə “bu iş bizə aid deyil, TƏBİB-ə aiddir” cavabının verilməsidir. Vətəndaş dövlətin sığortasından yararlana bilmirsə, qurumlar məsuliyyəti bir-birinin üzərinə atırsa, TƏBİB və Sığorta Agentliyi hara baxır?

 

Cəlilabad və Lənkəran xəstəxanalarında vətəndaşın müayinə olunmasına suni maneə yaradan, göndəriş verməkdən imtina edən məsullar barəsində təcili xidməti araşdırma aparılsın və tədbir görülsün.

 

Vətəndaşın kəskin ağrıları nəzərə alınaraq, Məcburi Tibbi Sığorta çərçivəsində təcili olaraq özəl klinikalardan birinə ZOND (EGD) müayinəsi üçün GÖNDƏRİŞ verilməsi təmin edilsin.

 

Vətəndaşın sağlamlığına dəyə biləcək hər hansı fəsadın məsuliyyətinin birbaşa xidmətdən imtina edən tibb müəssisələrinin üzərində olduğu nəzərə alınsın.

 

Məsələ operativ şəkildə həllini tapmazsa, aidiyyəti dövlət organlarına və kütləvi informasiya vasitələrinə rəsmi müraciət göndəriləcək.

 

Exit mobile version