Lökbatan-Xocəsən yolunun kənarında yanğın

Sədərək Ticarət Mərkəzi yaxınlığında yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqlədi.

“Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun kənarında 150 kv.m. sahədə qamışlıq yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb”, – deyə məlumatda qeyd olunub.

Əzizə İsmayılova

Exit mobile version