İsrail ordusunun dünən Livanda “Hizbullah” hərəkatının obyektlərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı artıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Livanın səhiyyə naziri səlahiyyətlərini icra edən Firas Abyad açıqlayıb.
Ətraflı
Ads by
2
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun sözlərinə görə, aviazərbələr səbəbindən 558 nəfər ölüb, daha 1835 nəfər isə yaralanıb: “Həlak olanlar arasında 50 uşaq və 94 qadın var”.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 492 nəfərin həlak olduğu, daha 1645 nəfərin isə yaralandığı bildirilirdi.