Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlar var.
Obyektivtv.az Oxu.Aza istinadən xəbər verir ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağırışa çıxan təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Müslümovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil ilə toqquşub.
Qəza nəticəsində “Hyundai Santa Fe”nin sürücüsü və avtomobildə olan sərnişin, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağrışa gedən təcili tibbi yardım avtomobili “Hyundai Santa Fe” markalı maşınla toqquşub.
Faktla bağlı araşdırma aparılır.