Bölgələr

Lənkəranda iki avtomobil toqquşdu – Xəsarət alanlar var-Yenilənib

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 213-cü km-də, Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, “VAZ-21015” və “QAZ-31” markalı minik avtomobilləri toqquşub.

 

Qəzada hər iki sürücü və sərnişin aldığı ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

 

***

 

Qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

 

Belə ki, “VAZ-21015”in sürcüsü Şıxakəran kənd sakini 1990-cı il təvəllüdlü Asif Hüseynov, “QAZ-31”in sürücüsü isə Şağlaküçə kəndindən olan 1968-ci il təvəllüdlü Fətəli Ömərov və sərnişini 1968-ci il təvəllüdlü Şölə Əliyevadır.

 

Hazırda xəsarət alanların müalicələri xəstəxananın müvafiq şöbələrində davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün səhər saatlarında Lənkəran rayonu Bürcəli kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb:

 

“İkisi kişi, biri qadın olmaqla 3 nəfər müxtəlif travmalarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

 

İlkin tibbi yardım göstərilən yaralılardan birinin müalicəsi Reanimasiya şöbəsində, digər xəsarət alanın müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

 

Hadisə nəticəsində yüngül xəsarət alan digər şəxs isə Təcili yardım şöbəsində həkim nəzarətində saxlanılıb”.

 

Surxay Şahbazov

 

 




 

 

 

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.