Bölgələr

Lənkəranda ağır qəza – Ölən və xəsarət alanlar var

Lənkəranda bu gecə ağır yol qəzası olub.

 

“Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 5 nəfər gəncin olduğu “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxıb yol kənarındakı kommunikasiya xətlərinə (işiq, qaz), sonra həyətyanı hasara çırpılıb.

 

Qəzada avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Surxay Şahbazov

 

 

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.