“Krım körpüsünün girişindəki növbə 22 kilometrə çatıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
“Bu, Krım körpüsündə keçidin açılmasından sonra 7 il ərzində tıxacın yeni rekord uzunluğudur. Taman tərəfdən 1700-ə yaxın avtomobil böyük növbədə dayanıb”, – deyə bildirilib.
“Mash” iddia edir ki, Krıma səyahət etmək üçün növbədə gözləmə müddəti 3 saata yüksəlib:
“Növbənin uzunluğuna görə əvvəlki rekord ötən ilin yayında müəyyən edilmiş 17 kilometr idi”.