Turantv.az:- Xəbər verdiyimiz kimi, bu gün Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən avtomobil körpüsü çöküb.
Toplum TV-nin əməkdaşı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə hadisənin səbəbləri ilə bağlı sual ünvanlayıb.
E.Rzayev isə jurnalistə cavabında ölkə başçısına arzularını çatdırıb: “Allah cənab Prezidenti qorusun. Görürsünüz də hər şey öz yerindədir”. Daha sonra icra başçısı “çao” deyərək xidməti avtomobilinə əyləşərək gedib.
Siz təsəvvür edin ki Xaçmazda yararsiz körpü pul yeyintisi və korrupsiyanı qurbanı olaraq aşıb,insan xəsarəti var,amma icra başçısı Elnur Rzayev deyir, Allah cənab prezentimizi qorusun, görürsüz də, hər şey öz yerindədir.
Adam rüşvət verib icra başçısı olanda jurnalistə belə sərsəm cavab verəcək də.Belə düşüncəsiz və intellektsiz icra başçılarından nə vaxt bu xalqın canı qurtaracaq görəsən?
P.S Ölkə tarixində son 30 ildə Prezidenti ələ salan hələ belə bir icra başçısı olmamışdı. Belə başçının yeri vəzifə deyil, həbsxanadır.Bunlar nə yeyir, nə içir,görəsən?
Bunlar dəlidilər,xəstədilər,nədilər? Baş açmaq olmur,vallah.Xalqı ələ salıblar yoxsa özlərini?
Xaçmaz rayon icra hakimiyyəti başçısı Elnur Rzayevi görəvdən alınması üçün bu məsuliyyətsiz replika kifayət edir.
İcra başçısının bu cavabı sosial şəbəkələrdə müzakirə mövzusu olub.
TURANTV.AZ bildirir ki, Elnur Rzayevin özü isə Gununsesi.info-ya açıqlamasında olay haqında danışıb:
“Birincisi, həmin jurnalist məndən müsahibə almırdı. Görüntülərdə də bu aydın bilinir. Onunla avtomobilimə qədər qeyri-rəsmi söhbət etdik. Bildirdim ki, 50 ilin körpüsüdür. Hazırda orada işləyən texnikanı göstərib, “Allah cənab Prezidenti qorusun, görürsünüz də hər şey yerindədir” dedim. Söhbət hadisədən sonra dərhal görülən işlərdən gedirdi”.
Həmin görüntüləri təqdim edirik: