Sosial şəbəkələrdə zaman-zaman mənfi rəylərin bildirildiyi idarə və müəssisələrdən biri də Cəlilabad rayonunda xidmət göstərən KMK-olub.
Artıq bir neçə ildir ki,Cəlilabad rayonunda, bütün sahələrdə olduğu kimi, KMK-nın işində də əhəmiyyətli bir dönüş yaranıb, buna səbəb isə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun rayon icra hakimiyyətinin başçısı təyin olunandan sonra verdiyi tapşırıqlardır.
Müəssisənin rəhbəri təyin edilən İslam İsgəndərov və onun rəhbərlik etdiyi qurumun zəhmətkeş işçiləri rayon rəhbərinin göstərişlərinin icrası olaraq rayonun təmizlik və abadlıq işlərində yorulmadan çalışdılar.

Rayon rəhbərliyinin diqqət və qayğısı nəticəsində idarəyə bir ədəd Kamaz markalı zibil yığan və daşıyan yük maşını gətirilərək istifadəyə verilmişdir,hal hazırda rayonda xidmət göstərir
Bir sözlə, KMK-nın zəhmətkeş əməkdaşlarının məqsədi rayonumuzun daha təmiz və gözəl görünməsi üçün yorulmadan çalışmaqdır. Ona görə də düşünürəm ki, digər sahələrdə olduğu kimi, bu idarənin də xidmətləri rayon əhalisi tərəfindən müsbət şəkildə qiymətləndirilir.
Bu idarənin əməkdaşları təkcə təmizlik işlərində deyil, həm də rayonda aparılan bütün işlərdə misilsiz xidmətlərə malikdir.
















