Mayın 29-da saat 11:00-dan sonra Ukraynanın Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıqdan sonra şəhərdə partlayışlar baş verib.
Rəsmilər Kiyevin Julyanı hava limanı yaxınlığında azı 10 partlayışın olduğunu bildiriblər.
O, şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb:
“Şəhərin mərkəzi ərazilərində partlayışlar baş verir. Sığınacaqlarda qalın!”, – deyə Kliçko vurğulayıb.