Bölgələr

Kəlbəcərdə ağır qəza – ölən var – FOTO

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.

Belə ki, rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb.

Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib.

Hər iki şəxs tikinti şirkətinin işçiləridir. İlkin ehtimala görə, qəzaya yolun buzlu olması səbəb olub./”Qafqazinfo”

Milli.Az

Məqaləyə dair fotomateriallar:

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.