“Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev həbs olunub.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat alıb. Onun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Belə ki, Surxay Əliyev barəsində həbs qəti-imkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, Surxay Əliyev bir neçə il bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) ittihamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məhkum edilmişdir