İstanbul Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu İstanbul Vəkillər Kollegiyasının sədri İbrahim Kaboğlu və idarə heyəti üzvlərinin işdən çıxarılması üçün istintaqa başlayıb.
“Unikal” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Bu qərardan sonra vəkillər kütləvi şəkildə qərara etiraz etməyə başlayıblar.
Vəkillər Çağlayan Ədliyyəsindən Beyoğludakı İstanbul Vəkillər Kollegiyasına gedərkən “Küçələrə çıxın, azad olun” şüarı səsləndiriblər. Yürüş zamanı qanunsuz aksiyaya müdaxilə etməyə çalışan polis İstanbul Vəkillər Kollegiyasının vəkillərinin hücumuna məruz qalıb.
Gülayə Mecid