Dünya

İsraildə ölən və yaralananlar arasında Azərbaycandan olanlar da var

İsrailin Sderot şəhərində ölən və yaralananlar arasında Azərbaycandan da çoxlu sayda insan var.
Obyektivtv.az  oxu.az-a istinadən bunu İsraildəki Azərbaycan Evinin nümayəndəsi, Akko şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Nehemia Şirin-Mihaeli deyib.
Qeyd edək ki, HƏMAS 25.138 nəfərin yaşadığı Sderot şəhərinə də böyük raket hücumu həyata keçirilib. Diaspor nümayəndəsinin sözlərinə görə, onun sakinlərinin üçdə biri, yəni təxminən 8 min nəfəri dağ yəhudiləridir. Onların arasında Azərbaycan və Dağıstandan olanlar da az deyil.
“Ölənlər arasında çoxlu dağ yəhudiləri var, o cümlədən Azərbaycandan köçənlər. Hərbçilərdən başqa, qadınlar, uşaqlar və hətta bütün ailələr öldürülüb. Mən indi İsrailin şimalındayam, lakin texnologiya bizə vəziyyəti izləməyə imkan verir”, – Nehemya Şirin-Mihaeli bildirib.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.