Dünya

İranın qorxusu: – “Cənubi Azərbaycan son 100 ildə…” By Ramil

Vətən müharibəsindəki qələbəmizi hələ də həzm edə bilməyən İran vaxtaşırı ölkəmizə qarşı təhdidlər yağdırmaqda davam edir.

Son olaraq İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejeyi edam hökmlərinin hamısının icra olunacağını bəyan edib.

Qeyd edək ki, İranda əsassız yerə saxlanan və ya həbs olunanlar arasında azərbaycanlılar da var.

Görünür, Tehran hakimiyyəti öz azadlıqları uğrunda mübarizə aparan soydaşlarımızı belə cəzalandırır.

Obyektiv.AZ-ın məlumatına görə, politoloq Murad Sadəddinov Cebhe.info-ya açıqlamasında bildirib ki, İran rejimi uzun müddətdir öz əhalisinə qarşı zorakılıq metodlarından istifadə edir:

“Onlardan ən dəhşətlisi isə siyasi məqsədlərlə həbs olunan insanların edam olunmasıdır. Təəssüflər olsun ki, bu vaxtadək beynəlxalq aləm bu addımlarla bağlı İrana qarşı ciddi tədbirlər görməyib. Tehran hakimiyyətinin gələcəyini başa düşərək son addım kimi əhalini qorxu içində saxlamaq üçün məhz bu cür addımların sayını və əhatəsini genişləndirir.

Burada əsas məsələlərdən biri həbs olunanların arasında azərbaycanlıların olmasıdır. Azərbaycanlılara qarşı bu dərəcədə qəddar hərəkət etməyin səbəblərindən biri soydaşlarımızın ürəyində olan müstəqillik duyğularının İranı çox narahat etməsidir”.

Politoloq xatırladıb ki, İranın tərkibində olan Cənubi Azərbaycan son 100 ildə 3 dəfə öz müstəqilliyini elan edib:

“İkinci Dünya Müharibəsi dönəmində Cənubi Azərbaycan tam bir dövlət yaratmışdı. Yəni həm bütün dövlət atributları, gerbi hazırlanmış, həm də Nazirlər Kabineti və ordu da formalaşdırılmışdı.

Bu istək oradakı azərbaycanlılar arasında hələ də qalıb. Ona görə də İran tərəfi bu tədbirləri azərbaycanlılara qarşı həyata keçirməyə çalışır. Əsas məqsəd Cənubi Azərbaycanın müstəqil olması yönündəki meyillərinin qarşısını almaqdır”.

What's your reaction?

Related Posts

1 of 1.361

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.