İran sərhədindən Türkiyəyə daxil olan 2 terrorçu ələ keçirilib.
Obyektivtv Modern.aza istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Muş bölgəsində terrorçularla Türkiyə komandoları arasında toqquşma yaşanıb.
Qarşıdurmada İran sərhədindən Türkiyəyə daxil olan 2 PKK/KCK terrorçusundan birinin ölü, digərinin isə sağ ələ keçirildiyi qeyd edilib.