fərqi ilə eyni dövrdə yaradılıb. İlkin olaraq Rusiyadan bir neçə hərbi gəmi alan İran daha sonra cənubdan bir neçə gəmini Xəzərə gətirib. Son illərdə isə İran özü Xəzərdə yeni gəmilər inşa edir. İranın Xəzərdəki hərbi gücünü 4 ədəd “Sina” tipli artilleriya kateri, 2 ədəd “Jamaran” tipli 95 metrlik 1400-1500 ton subasımlı korvetlər, Çinin “Hoodong” layihəli 34 metrlik və təxminən 200 ton subasımlı 3-5 ədəd raket katerləri, bir neçə sualtı qayıq təşkil edir.
Azərbaycan Hərbi Dəniz Donanması isə son illərdə gücünü yeni və ya xaricdən alınıb yenilənmiş gəmi və katerlər hesabına daha da artırıb. Bundan əlavə, bir 205U layihəli raket kateri də modernizasiya olunub, çox yer tutan köhnə raket qurğuları çıxarılandan sonra S-008 nömrəsi ilə bu qüvvələrə verilib. Bundan başqa, ABŞ-dən S-201 bort nişanlı patrul katerlər, S-11 və S-12 nömrəli “48 futluq Silver şip” kiçik patrul katerləri, RİB-36 tipli metal karkaslı hava ilə doldurulmuş rezin katerlər alınıb və bunlar da S-09 və S-10 nömrələri ilə birləşməyə qəbul olunub.
2014-cü ildə istifadəyə verilmiş DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə indiyədək 6 ədəd “Şahdağ” və 6 ədəd “Tufan” layihəli sərhəd-gözətçi gəmisi inşa olunub. Onu da qeyd edim ki, Azərbaycanın Türkiyə və İsrail ilə imzalanan hərbi müqavilələr əsasında donanmanın silahları və texniki qurğuları müntəzəm yenilənir. Göründüyü kimi, Azərbaycanın Xəzər donanması İran donanmasından geri qalmadığı kimi modern imkanlar baxımından özünü müntəzəm yeniləyir.
Bakının Tehrana cavabı
Azərbaycan İranın cənub sərhədlərində başlatdığı hərbi təlimlərə XTQ təlimləri ilə verdiyi cavab kimi Xəzər dənizində də keçirəcəyi təlimlərlə cavab verməlidir. Söhbət Bakının Xəzər dənizində təlimlər keçirməsindən gedir. Hətta təlimlər ötən il olduğu kimi Türkiyə dənizçiləri ilə birlikdə keçirilə bilər. Belə ki, həmin təlimlərdən ən çox İran narahat olmuş və rəsmi Bakıya etirazını bildirmişdi. Rəsmi Bakının indiki məqamda Xəzər dənizində Türkiyə ilə birlikdə keçirəcəyi hərbi təlimlər İrana effektiv gözdağı olacaq.