İranda terror aktı törədildi – Ölənlər var

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Terror aktı nəticəsində 4 nəfər ölüb.

Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir.

Exit mobile version