Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, şübhəli şəxslər dindirilir. Parkın direktoru haqqında yayılan məlumat həqiqəti əks etdirmir.
XXX
Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.
Xəbərə görə, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.
Digər məlumata görə, Aqil Sucayev Hirkan Milli Parkının sabiq direktorudur. O, bir müddət əvvəl vəzifəsindən azad edilib.