Azərbaycan

Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olundu (YENİLƏNİB)

General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, 11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 24.06.2003-cü il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 24.06.2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” medalı, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.
11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.
Ailəlidir. İki övladı var.
12.03
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib.
APA xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.
Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq pravda.az saytı yayıb.
General-leytenant Mirzəyev Hikmət İzzət oğlu 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.
1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.
1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.
1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.
1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşəməliyyatlarında iştirak edib.
Obyektivtv.az 

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.