HADİSƏ
Gəncə səmasında naməlum CİHAZ GÖRÜNDÜ – VİDEO

Təxminən bir neçə saat bundan öncə Gəncə sakinləri səmada uçan naməlum cihaz müşahidə ediblər.
Publika.az xəbər verir ki, bu barədə bizim.media-ya şəhər sakinləri məlumat veriblər.
Məlumata görə, hadisə yerli vaxtla 19:48 radələrinə təsadüf edib.
Video görüntülərə əsasən uzun işıqlarla təchiz olunan cihaz uçaraq gözdən itir.
Qeyd edək ki, bəzi sosial şəbəkələrdə bunun “Spase X” şirkətinin “Starlink” peykləri olduğu haqda məlumatlar yayılıb.