Təhsil

Göytəpə şəhərində V.Hüseyinov adına 2-li məktəbin istilik sistemi bərpa olunub.

Cəlilabad  rayonunun Göytəpə şəhərindəki Vasif Hüseynov adına 2- nömrəli məktəbdə istilik problemi ilə bağlı sosial şəbəkələrdə şikayətlər səngimirdi.

Nəzərinizə çatdırmaq istərdik ki, Heydər Əliyev Fondu tərəfindən yeni tikilib istifadəyə verilən məktəb binasında istilik sistemi olmadığı üçün şagirdlərin təhsilində ciddi problemlər yaranıb.

Obyektivtv.az bildirir ki, Göytəpə şəhər sakinlərinin fikirlərini və sosial şəbəkələrdə ifadə olunan fikirləri nəzərə alaraq, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov məsələyə reaksiya verdikdən dərhal sonra müvafiq göstərişlər əsasında problem həllini tapmışdır.

Onu da qeyd etməliyəm ki, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bütün görüşlərində rayon ictimaiyyətini narahat edən bütün çətinliklərin mərhələli şəkildə həll olunacağını vurğulamışdır.

Sonda qeyd etmək istəyirəm ki, əgər bir təhsil ocağının problemi öz həllini tapırsa, bu, orada təhsil alan uşaqların gələcək həyatında uğurlar kimi qiymətləndirilə bilər.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir