Göyçayda məişət tullantıları ilə çirklənən çay yatağı təmizlənir – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO
Bölgələr

Göyçayda məişət tullantıları ilə çirklənən çay yatağı təmizlənir – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

“Göyçay rayonunda yağan leysan yağışlar nəticəsində Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillərin sel vasitəsilə çaya gətirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar aidiyyəti quruma məlumat verilib”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Akif Məmmədov deyib.

O bildirib ki, hazırda çay tullantıların idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılır.

13:05

“13 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisindəki məişət tullantıları poliqonunu sel suları basıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Göyçay Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, sel sularının zibil poliqonunu basması nəticəsində oradakı məişət tullantıları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb:

“Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür”.

What's your reaction?

Related Posts

1 of 1.345

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.