Turantv.az xəbər verir ki, Medal Naxçıvan Muxtar Respublikası Daxili işlər naziri general-mayor Süleyman Neymətov tərəfindən Vüsal Quliyevin övladına təqdim edilib və bildirilib ki, fədakar, qəhrəman polis əməkdaşımızın xatirəsi daim uca tutulacaq.
Vüsal Quliyevin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. (Oxu.az)
