Yusif müəllim çox mərhəmətli insandır, alim adamdır, əlbət bir şey bilir kii, ancaq özünə sadiq adamların- başda katibəsi və köməkçisi olmaqla özünün təyin etdiyi kafedra müdirlərinin və dekanların maaşlarında artım edir. Bu artımın Universitetin professor-müəllim heyətinə heç bir aidiyyatı yoxdur və ola da bilməz.
Məsələn, tarix-coğrafiya fakültəsinin dekanı olan Urfan Həsənov maaşı nədən artmasın? Kimdir Urfan Həsənov?
Gəncə Dövlət Universitetinin ən nüfuzlu fakültələrindən biri də Tarix-coğrafiya fakültəsidir. Bu fakültənin dekanı Urfan Həsənov Saxta veteran kitabçası aldığı kimi, saxta elmlər namizədi, saxta dosent olub və bu gün saxtakarlıqla məşğul olur. Özü kimi saxta adamları da yığıb başına fakültəni alt – üst edirlər.Çox maraqlıdır, saxta veteran və saxta diplomlu müəllim universitetdə necə işləyir? Bu saxtakarların arxasında duran kimdir?
Bu sualların cavabını ictimaiyyətə açıqlamaq lazımdır. Saxta veteranın arxasında Müdafiə Nazirliyi, saxta diplomlu müəllimin isə Təhsil Nazirliyimi durur? Ölkənin müharibə şəraitində olduğunu nəzərə alsaq belə saxta veteran necə oldu ki, bu statusa malik oldu? Tələbimiz bundan ibarətdir ki, vaxtilə saxta veteran məsələsi üstündə cinayət işi qaldırılmış və sonradan bu işi ört basdır etmişlər.
Tikintidən başqa bir şey görməyən, pedaqoji işlə əlaqəsi olmayan adam Əməkdar müəllim ola bilər, Urfan müəllim yox?
Amma onu da deyək ki, bu Universitet tələbələrindən naşükür olan, nankor uşaqlar da var. İstedadını düz-əməlli qiymətləndirməyən bu nankorlardan biri bizim Mirzə Qədimlə dostlaşıb və necə deyərlər, onun təsiri altına düşüb. Götürüb belə bir şeir yazıb:
Sənə qurban olum, ay Yusif müəllim,
Mənim də ürəyim aylıq istəyir.
Arada sən deynən Urfan müəllimə,
Mən desəm, özünə paylıq istəyir.
Elə ki hirslənir, qalıram yalqız,
Kimi səsləyirsə deyir ki, “ay qız”.
Bizim qrupdakı o şəhlagöz qız,
Məni ağlamağa yaylıq istəyir.
Bu şeir də indi gəlib çıxıb bizim redaksiyaya. Mirzə Qədim də eləmə tənbəllik, şeiri tez ötürüb Aşıq Nüsrətə ki, bunu bir yaxşı havacat üstə oxu, qoyaq Tik-toka. Hələ ki, bu vəziyyət beləcə müəmmalı qalıb. Urfan müəllim orada, Aşıq Nüsrət burada. Orda Urfan müəllimin bazarı işləyir, Yusif müəllimin “vergiləri” ödənir, burda Aşıq Nüsrətin başı dominodan ayılmır ki, bir əməlli-başlı hava tapıb oxusun.
İnşallah, məsələ həllini tapandan sonra yəqin ki, ətraflı məlumatı yenə də bizdən alacaqsınız.(aktualxeber.az)