Bölgələr

Gəncə “MERO”sunda korrupsioner şəbəkə iş başında-Nazirin diqqətinə

Obyektivtv.az:- Korrupsiya hallarına qarşı dövlət səviyyəsində mübarizə xeyli gücləndirilib. Dövlət korrupsiyaya qarşı ciddi mübarizə aparır. Bütün bunlara baxmayaraq yenə də bəzi idarə və təşkilatlarda rüşvətxorluq baş alıb gedir.

Bu gün Gəncə şəhərində yerləşən 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində baş verən özbaşnalıqlardan danışmaq istəyirik.

Şöbəyə rəhbər təyin olunduğuna baxmayaraq təşkilatda özbaşınalıq, həddini aşma, heç bir qanuna tabe olmamaq halları pik həddə çatıb, sanki ölkə başçısı tərəfindən aparılan anti-korrupsiya tədbirlərinin bunlara aidiyyəti yoxdur.

Belə ki, Vəlixanov Mirkamil Miryusif oğlu adlı şəxs anadangəlmə şizofreniya xəstəsidir, xəstəxananın qeydiyyatındadır. İkinci qrup əlildir, həm də pensiya alır. 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi Polis mayoru Eldar Əliyevin müavini Həsən müəllim rüşvət yolu ilə bu şəxsə sürücülük vəsiqəsi vermişdir. Vətəndaş özü bildirir ki, 1500 manat pul verdim otağında. Məndən heç bir həkim rəyi, həkimdən sağlamlıq kağızı istəmədən 1500 manatın qarşılığında düzüb qoşdular.

1500 manatın qarşılığında BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir adı çəkilən vətəndaşa. Lakin bilirik ki, qanunla bu şəxsin sürücülük vəsiqəsi alması qadağandır. Sürücülük haqqında şəhadətnamənidə Samux rayon Sürücülük məktəbi vermişdir. Redaksiyamız Samux rayon Sürücülük məktəbi ilə də əlaqə yaratmışdır. Bildirmişlər ki, bəli sözügedən Sürücülük haqqında şəhadətnaməni biz vermişik. Daha aydın desək sözügedən Vəlixanov Mirkamil Miryusif oğlu bu gün cəmiyyətə yararsız hesab olunur.

Bu şəxsin sənədlərdə əməlli başlı xəstə olduğu qeyd olunmuşdur. Hələ pensiyada alır. Çox maraqlıdır, bu şəxsə hansı yollarla hansı sənədlərlə bu gün sürücülük vəsiqəsi verilib. Rüşvət və Korrupsiyanın çiçəklənməsi yolunda Eldar Əliyev və onun müavini Həsən adlı şəxs bu gün əlindən gələni əsirgəmirlər. Baş Dövlət Yol Polis idarəsinin rəisi Polis general mayoru Ramiz Zeynalov vicdanı qarşısında bu cür qanunsuz əməllər ilə rüşvət qarşılığında iş görənlər barəsində nə qərar verəcək.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru

Arzu Orucov

What's your reaction?

Related Posts

1 of 1.362

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.