İdman

“El-Klassiko”da “Real Madrid” qələbə qazandı

Futbol üzrə İspaniya La Liqasının 32-ci həftəsində “Real Madrid” doğma meydanda “Barselona”nı məğlub edib.

“Obyektivtv.az ” xəbər verir ki, oyunda hesabı qonaqlar açıb.

Belə ki, Kristensen 5-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. Meydan sahibləri buna 18-ci dəqiqədə Vinisiusun penalti qolu ilə cavab veriblər.

“Barselona” 69-cu dəqiqədə Fermin Lopezin qolu ilə yenə hesabda irəli keçsə də, 4 dəqiqə sonra Lukas Vaskes hesabı bərabərləşdirib.

90+1-ci dəqiqədə Bellinqem Vaskesin ötürməsini tora göndərməyi bacarıb.

Beləliklə “Real Madrid” “El-Klassiko”da 3-2 hesabı ilə qalib gələrək xalını 81-ə çatdırıb. “Barselona” isə 70 xalla ikincidir.

What's your reaction?

Related Posts

1 of 1.345

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.