Dünya

Dəhşətli soyuqlar gəlir: Qonşuda hava – 40-50 dərəcə olacaq

Yaxın günlərdə Rusiyanın bəzi regionlarında anomal soyuq hava şəraiti gözlənilir. Cebhe.info xəbər verir ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand TASS-a bildirib. O deyib ki, ruslar 50 dərəcə şaxtaya dözməli olacaqlar.

 

O, hava anomaliyalarını “təsiredici” adlandırıb. Mütəxəssisin sözlərinə görə, dekabrın 2-dən 6-dək olan müddətdə Şimal-Qərb Federal Dairəsinin bütün bölgələrində şaxta 16-23 dərəcəyə, Arxangelsk vilayəti, Komi və Nenets Muxtar Dairəsində isə 30 dərəcəyə çatacaq.

 

Sinoptiklər dekabrın 5-də və 6-da Mərkəzi Federal Dairədə 16-23 dərəcəyə qədər şaxta olacağını proqnozlaşdırırlar. Bu, normadan 7-12 dərəcə aşağıdır.

 

Ural, Volqaboyu, Sibir və Uzaq Şərq sakinlərini də şiddətli soyuqlar gözləyir. Perm diyarı, Kirov vilayəti, Udmurtiya və Mari Eldə termometrlər 23 dərəcəyə, Yamalo-Nenets və Xantı-Mansi Muxtar Dairəsində 30-41 dərəcəyə, Sverdlovsk, Çelyabinsk, Kurqan, Tümen vilayətlərində – 30-41 dərəcəyə enəcək.

 

“Ən şaxtalı hava Yakutiyada olacaq. Bəzi yerlərdə mənfi 54 dərəcəyə qədər, Maqadan ərazisi və Çukotkada isə mənfi 43-49 dərəcəyədək çatacaq”, -deyə meteoroloq əlavə edib.

 

Vilfand bundan əvvəl dekabrda Rusiyanın onlarla bölgəsinin qar altında qalacağı barədə xəbərdarlıq etmişdi.

 

Xatırladaq ki, bu il Azərbaycanda da qışın sərt keçəcəyinə dair xəbərdarlıq edilib.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.