Azərbaycan

Dünənki qəzalarda 3 nəfərin meyiti çıxarılıb – Video

Ötən sutka Fövqəladə Hallar Nazirliyi tərəfindən 41 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən avtoqəzalar zamanı 6 nəfər xilas edilib. Həmçinin, 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.