Azərbaycanın Masallı rayonundan olan Günay Ağayeva Media.Az-a kömək çağırışı ilə müraciət edib. Onun oğlu talassemiya xəstəliyindən əziyyət çəkir və sümük iliyi transplantasiyası üçün onlara külli miqdarda pul lazımdır. Uşağı xilas etməyin yeganə yolu əməliyyat olunmasıdır.
Yeddi yaşlı İntiqam bu genetik qan xəstəliyinin ağır formasından – beta-talassemiyadan əziyyət çəkir, onda lazım olduğu qədər hemoqlobin əmələ gəlmədiyindən ağır anemiya müşahidə edilir. Bu anemiyanın özəlliyi ondan ibarətdir ki, xəstə artıq dəmir qəbulu ilə mübarizə aparmalıdır.