Obyektivtv.az Tar tv-nin məlumatına istinadən xəbər verir ki, Hacıqabulda 2 mərtəbəli ümumi yaşayış binasının yanması nəticəsində iki ailənin-birinin 4 üzvü və digər ailənin 80 yaşlı üzvü yanaraq ölüblər.
Hadisə rayonun Nəvahi qəsəbəsində baş verib.
Məcburi köçkün ailələrinn də yaşadığı 5 ailənin məskunlaşdığı 2 mərtəbəli 14 otaqlı əsas hissələri taxta konstruksiyadan ibarət binada gecə saat 1 radəlrində yanğın baş verib. Güclü külək baş verən yanğının tez bir zamanda bütöv binanı bürüməsi mənzilllərdə sakinlərin, o cümlədən azyaşlıların ordan çıxmasını çətinləşdirib. Yanan binanın taxta konstuksiyadan ibarət tavanının çökməsi nəticəsində 5 nəfər yanar konsturksiyaların altında qalaraq həlak olublar. Digər ailələr alovun ağışundan çətinliklə xilas ola biliblər. 2 nəfər yanıq xəsarətləri ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirlib. Hadisə zamanı bir ailənin 4 üzvü- qızıgilə qonaq gələn Cəlilabad sakini, 1950-ci il təvəllüdlü Abışova Sara, onun qızı 1981-ci il təvəllüdlü Hacıqabul sakini, Abışova Aybəniz Yolçu qızı, övladları- 2010-cu il təvəllüdlü Sadıqova Zəhra Elçin qızı, 2012-ci il Sadıqov Elgün Elçin oğlu və digər ailənin yaşlı üzvü 1943-cü il təvəllüdlü Mahmudov Mütəllim Əliyar oğlu yanğın zamanı yanaraq həlak olublar.
Hadisə yerinə Hacıqabul Yanğından Mühafizə xidmətinin 3 yanğınsöndürən avtomobili və canı qüvvəsi cəlb olunub. Yanğın gecə saat 3 radələriində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hazırda hadisə yerinin müayinəsi aparılır. Sakinlərin yanğının qalıqları altında qalmış yanmış meyitlərinin axtarışları davam etdirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.