İdman

Cüdoçularımız Avropa çempioantının ilk günündə 3 medal qazandılar

Azərbaycan cüdoçusu Nazir Talıbov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu gün start götürən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Obyektivtv.az xəbər verir ki, 60 kq-da çıxış edən idmançı finalda öz komanda yoldaşı Kənan İsmayılova qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlardan isə 48 kq-da yarışan Könül Əliyeva ikinci yeri tutub. O, yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, ilk gündə Azərbaycanın ümumilikdə 9 cüdoçusu tatami üzərinə çıxıb

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.