Moskvadakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində ölən 68 nəfərin şəxsiyyəti müəyyən edilib.
Obyektivtv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 182 nəfər ölüb, 180 nəfər yaralanıb.