Cəlilabadda üç minik avtomobili toqquşub
Bölgələr

Cəlilabadda üç minik avtomobili toqquşub

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində üç minik maşınının iştirakı ilə zəncirvari yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə zamanı “BMW”, “VAZ 2107” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

What's your reaction?

Related Posts

1 of 1.346

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.