Azərbaycan

Cəlilabadda meşə fondunun torpaqlarında evlər tikilir – NAZİRİN NƏZƏRİNƏ…

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət etdiyi meşə ərazilərinin ev yeri kimi satılması ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli şəxsləri merkantil maraqlarını təmin etmək üçün Masallı rayonunda dövlət meşə fonduna daxil olan əraziləri ayrı-ayrı vətəndaşlara satıb.

AzToday.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, meşə ərazilərinin satılması halları Cəlilabad rayonunda daha kütləvi xarakter alıb. Məsələn, Göytəpə meşəbəyliyinin 13a saylı dolayının 52-ci kvartalının 1-ci bölməsində, Oğrubulaq kəndi ilə həmsərhəd dövlət meşə fondu torpağı ev yeri kimi satılıb. Və hazırda həmin yerdə tikinti işləri gedir.

Oğrubulaq kəndində 10m×12m ölçülərindən tikilən evin koordinatları:
X-278458, Y-4327140.

Kənd sakinlərinin sözlərinə görə, ev yerini 1 saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin Cəlilabad və Biləsuvar üzrə müfəttişi Talıb Kərimovla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov satıb. Həmin yerin peykdən çəkilmiş fotolarını təqdim edirik:

Cəlilabadda meşə fondunun torpaqlarında evlər tikilir
Cəlilabadda meşə fondunun torpaqlarında evlər tikilir

What's your reaction?

Related Posts

1 of 1.362

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.