Bu gün Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun təşəbbüsü ilə,rayon icra hakimiyyətinin əməkdaşları,hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları və digər idarə və təşkilatların, ictimai fəalların iştirakı ilə
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, ağacəkmə aksiyası həyata keçirilib.
Obyektivtv.az xəbər verir ki,Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov və Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov və hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimayyət nümayəndələri iştirak edib.Aksiya Cəlilabad-Yardımlı avtomobil yolunun Şiləvəngə və Abışabad kəndlərindən keçən 3 km-lik ərazisində həyata keçirilib.
Sözü gedən aksiyada 2000 ədəd ağac əkilmiş və lazımı qulluq olunub.
Obyektivtv.az saytı olaraq başda Cəlilabad rayon icra başçısı Rafiq müəllimə və xidməti olan bütün şəxslərə öz təşəkkürümüzü bildiririk!
