İdman

Cəlilabadda “5 Mart Bədən Tərbiyəsi və İdman Günü “qeyd olunub

Martın 6-də Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, YAP Cəlilabad təşkilatının apart rəhbəri, Cəlilabad rayon təhsil sektorunun müdiri, Cəlilabad OİK direktoru, Cəlilabad gənclər və idman sektorunun kollektivi, Cəlilabad UGİM-nin məşqçi müəllimləri və idmançıları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Daha sonra Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında yeniyetmə və gənc idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları izlənilib.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir