Son bir neçə aydır Cəlilabad rayonunda xoşagəlməz halların, həqiqətən kənar yazıların şahidi oluruq,sanki”Soyuq müharibəni”xatırladır.
Bələdiyyə seçkilərindən sonra bu problem daha da aktuallaşıb.Bir Cəlilabad rayon vətəndaşı olaraq bu mövzuda fikir bildirmək qərarına gəldim.
Əziz dostlar! Mən bu məsələyə həqiqətə uyğun aydınlıq gətirmək istəyirəm, yəni rayon icra hakimiyyətinin başçısı haqqında yazılan qərəzli mövzulara,öz subyektiv fikrimi bildirmək istəyirəm.
Rafiq müəllim rayonumuza rəhbər təyin olunandan bəri Cəlilabad rayonunda görülən işlərdən, Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan,qazilərə və müharibə veteranlarına,ən əsası rayon ictimaiyyətinə göstərdiyi diqqət və qayğısından yazacam
İlk öncə Cəlilabad rayonunda inşa edilmiş,qürur yerimiz hesab etdiyimiz Şəhidlər xiyabanını göstərmək istəyirəm.
Rayon daxili küçələrin asfaltlanması və işıqlandırılması,buna rayon sakinləri şahiddir.
Rayonda inşa olunan çoxmənzilli binaların inşası və təmiri.
Rayonda aparılan təmizlik işlərinin daim diqqətdə saxlanılması,rayonun daha təmiz və gözəl görünməsi üçün müəyyən göstərişlərin verilməsi.
Rayonun əsas istirahət parkı kimi tanınan “Seyrəngah”parkının əsaslı təmiri və işıqlandırılması.
Rayonda bəzi yerlərdə su kanalizasiya xətlərinin təmiri və çəkilməsi.
Heydər ƏLİYEV prospekti başda olmaqla bütün küçələrin və yolların işıqlandırılması
Magistral yollarda və inzibati ərazilərdə yaşıllaşdırma məqsədi ilə ağacların əkilməsi,bunun üçün rayon mərkəzində və digər ərazilərdə “artezan quyuların” qazılaraq istifadəyə verilməsi.
Göytəpə şəhərində yüksək standartlara cavab verən məktəb binasının və xəstəxananın tikilməsi
Regionda Peşə liseyi kimi fəaliyyət göstərən böyük bir təhsil müəssisəsinin məs Cəlilabad rayon Göytəpə şəhərində tikilməsi və s.
Bütün bunlar Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun rəhbərliyi dövrün aid deyilmi?
Bunlar sadəcə Rafiq müəllim haqqında qərəzli yazanlar üçün xatırlatdım.
Qaldı ki, Rafiq müəllimin vətəndaşlarla səmimi görüşləri, xüsusilə səyyar görüşləri, bir daha onu deməyə əsas verir ki,icra başçısı olaraq,cənab Prezidentin etimadını və tapşırıqlarını dogrultmağının bariz nümunəsidir.
Mən də öz növbəmdə “Obyektivtv.az”saytının rəhbəri olaraq Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilova bu çətin və məsuliyyətli işində uğurlar arzulayıram!



















