Dünən Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib. İftar süfrəsində rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov,icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.
İftar süfrəsi din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan ayının duası oxunması ilə başlayıb.
Məclisdə iştirak edən din xadimləri müqəddəs Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyiblər.
