Cəlilabad rayonunda anım günü böyük izdihamla qeyd olunub!

Prezident İlham Əliyevin 2020-ci il iki dekabr tarixli sərəncamına əsasən 27-sentyabr Anım günü kimi qeyd olunması,44-günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizə göstərilən diqqət və qayğının bariz nümunəsidir.Anım günü Respublikanın hər yerində qeyd olunduğu kimi, Cəlilabad rayonunda da böyük coşqu ilə qeyd olundu və şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edilib.Tədbirdə  Cəlilabad rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri,idarə və müəssisələr,və ən əsası şəhid ailələri qazilər və müharibə iştirakçıları, rayon ictimaiyyəti iştirak edib.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid valideynlərini, şəhid ailələrini, qazilər və müharibə iştirakçılarını salamlayaraq 44-günlük vətən müharibəsində xalqımızın, ordumuzun birliyindən,vətənə olan sevgisindən danışaraq,bir yumruq kimi birləşərək cənab prezident Ali Baş komandan  İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiyimiz üçün qürür hissi duyduğunu bildirdi.Daha sonra şəhid anası və müharibə iştirakçıları qazilər çıxış etdilər.Tədbir iştirakçıları 1-ci Qarabağ müharibəsində 2-ci Qarabağ müharibəsində şəhid olan igidlərimizin xatirəsinə yenidən inşa edilmiş şəhidlər xiyabanında, şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, əbədi məşəl önünə əkli və gül çiçək dəstələri qoymuşlar.Saat 12:00 da Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Exit mobile version