Bölgələr

CƏLİLABAD RAYON VETERANLAR TƏŞKİLATI 3-DEKABR BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİB

Obyektivtv.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı “Qarabağ Qaziləri” ictimai birliyinin Cəlilabad filialı ilə birlikdə 3 -Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri, əmək və müharibə veteranları, ictimai birliklərin nümayəndələri və qələm adamları iştirak ediblər.

Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.
Rayon Veteranlar Təşkilatının sədri, şair- jurnalist Ədalət Salman çıxış edərək bildirib ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. O, ölkəmizdə əlillərin sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, onlatın tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.
Əmək və müharibə veteranları Əfrahim Abbas, Mirzəbala Hüseynov, Mirağa Salmanov, Gülbala Teymur, Əlövsət Tahirli, Yusif Əliyev, rayon icra hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, rayon Ağsaqqallat Şurasının sədri Ədalət Əsgərov, RİH-nin Cəlilabad şəhər nümayəndəsi Ramin Əmənov, “Qarabağ qaziləri” ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev və başqaları çıxış edib, kövrək təbəqəyə mənsub olan əlillərimizə həssaslıqla yanaşıb onlara hər cür qayğı göstərmək hamımızın müqəddəs borcu olduğunu bildiriblər.
Müharibə əlillərindən Kamil Duniyev, Aqil Nəzərov və Namiq Ağayev Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlığından danışıblar, öz çıxışlarında dövlətimizin onlara olan böyük qayğısına görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda müharibə əlillərindən bir qrupuna rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.