Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov idmançıları və onların məşqçilərini qəbul edib

Görüşdə rayon idmançılarının son dövrlərdə qazandıqları uğurlar diqqətə çatdırılıb.
Rafiq Cəlilov idmançıları və məşqçiləri təbrik edərək, onların əldə etdikləri nəticələrin rayonun idman şöhrətini daha da artırdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman infrastrukturunun yaradılmasına, idmançılara dövlət qayğısının göstərilməsinə və gənc nəslin fiziki tərbiyəsinə böyük diqqət yetirilir. Bu dəstək sayəsində rayon idmançıları beynəlxalq və respublika səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər. Həmçinin ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib və gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün bu cür nailiyyətlərin vacibliyini qeyd edib.
Görüş zamanı məşqçilər və idmançılar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə Ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçiləri Cəlilabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyə ilə təltif olunublar.
Təltifetmə mərasimində idmançılara uğurlarına görə təşəkkür edilib və gələcək yarışlarda yeni qələbələr arzulanıb.

Exit mobile version