Cəmiyyət

Bu gün Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun hesabatı dinlənilib.

Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2025-ilin sosial iqtisadi inkişafına dair hesabatı dinlənilib.

Tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Prezident administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev,MM-in deputatları Malik Həsənov və Elman Nəsirov,YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon hüquq mühafizə orqanları rəhbərləri, idarə təşkilat rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

Tədbir Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, Heydər Əliyev mərkəzində davam etdirildi.Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək 2025-ci il üzrə sosial iqtisadi işlərin görülməsi və nəticəsindən danışdı, həmçinin 2026-ci ildə qarşıda duran bütün sahələr üzrə işlərin davamlı olaraq görüləcəyini vurğuladı.

Daha sonra çıxış üçü sözü MM-in deputatı Elman Nəsirova, Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin anası Sevil xanım Abdullayevaya,YAP-Cəlilabad rayon şöbəsinin sədri Mirismayıl Mirxaslıya, Aqrar inkişaf mərkəzinin direktoru Rahib Kərimov çıxış edərək rayonda görülən çoxşaxəli işlərdən danışdılar,və bütün bu işlərin görülməsi rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun diqqət və qayğısının nəticəsi olduğunu birdaha vurğuladılar.

Daha sonra Prezident administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edərək Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 2025-ci ildə həyata keçirdiyi məqsədyönlü siyasətin,2026-cı ildə də davam etdiriləcəyini bildirdi.

Sonda tədbir iştirakçıları adından Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Biz də öz növbəmizdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilova 2026-cı ildə uğurlar arzulayırıq.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir